Gecə saatlarında avtomobilə benzin vurmaq daha sərfəlidir? – ARAŞDIRMA - FOTO

Son zamanlar bir çox sürücü daha sərfəli qiymətə benzin almaq ümidi ilə axşam saatlarında yanacaqdoldurma məntəqələrinə üz tutur.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə və forumlarda bu mövzu tez-tez müzakirə olunur. İddia olunur ki, gecə saatlarında alınan yanacağın yanma xüsusiyyətləri daha yüksək şəkildə ortaya çıxır. Bəs bu, nə qədər doğru fikirdir?
İddialara görə, aaxşam saatlarında havanın temperaturu aşağı düşdüyü üçün benzinin tərkibinin sıxlığı yüksək olur və temperatur artdıqca genişlənir. Bu səbəbdən sürücülər düşünür ki, gecə saatlarında yəni temperaturun daha aşağı olduğu zaman – alınan benzin daha keyfiyyətli və miqdar baxımından daha çox olur. Gün ərzində temperatur yüksəldikcə benzinin həcminin artdığı və real miqdarın azaldığı güman edilir.

Mütəxəssislər bildirir ki, bu fikir nəzəri baxımdan doğru görünsə də praktikada təsiri demək olar ki, sıfıra bərabərdir. Çünki yanacaq çənləri yerin altında saxlanılır və burada temperatur sabit qalır. Bu da o deməkdir ki, gecə və gündüz saatlarında alınan yanacaq miqdarı arasında ciddi fərq yoxdur.
Məsələn, benzin temperatur fərqlərindən təsirlənsə də, bu təsir minimaldır. Təqribən 0,1% genişlənmə 40 litr yanacaq üçün cəmi 40,04 litrlik fərq yarada bilər ki, bu da qənaət baxımından nəzərəçarpacaq bir üstünlük deyil.
Əsas qənaət yolu nədir?
Mütəxəssislər bildirirlər ki, yanacağa qənaət etmək üçün ən effektiv yol – düzgün və planlı sürücülük tərzidir. Bu isə aşağıdakı qaydalara əməl etməklə mümkündür:
Qəfil sürətlənmədən qaçmaq;
Optimal sürət həddinə riayət etmək;
Təkərlərin təzyiqini mütəmadi yoxlamaq;
Avtomobilə vaxtında texniki xidmət göstərmək.

Gecə saatlarında yanacaq almağın daha sərfəli olması barədə yayılan fikirlər elmi və texniki əsaslara söykənmir. Əksinə, bu sadəcə yanılma və fərziyyədən ibarətdir.
Əgər məqsəd həqiqətən pula qənaət etməkdirsə, sürücülük vərdişlərini düzgün formalaşdırmaq və avtomobilin texniki vəziyyətini nəzarətdə saxlamaq daha effektiv üsuldur.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












