Gediş haqqı vasitənizi avtobusa minməzdən əvvəl hazırlayın - VİDEO

Paytaxtda ictimai nəqliyyatdan istifadə zamanı yaranan sıxlıq və növbə problemlərinə diqqət çəkmək məqsədilə “Faiqoğlu” MMC maraqlı sosial çarx hazırlayıb.
Avtosfer.az xəbər verir ki, videoda avtobusa minən qadın sərnişinin gediş haqqını ödəmək üçün çantasından və cibindən ödəniş kartını axtardığı, nəticədə digər sərnişinlərin avtobusa minmək üçün növbədə gözlədiyi və bu səbəbdən qapı qarşısında sıxlıq yarandığı əks olunub.
Daha sonra qadın kart əvəzinə telefonla ödəniş edir. Lakin bu qısa gecikmə belə, avtobusun girişində tünlüyə səbəb olur və digər sərnişinlərin hərəkətini ləngidir.
Sosial çarxın əsas mesajı – “Sıxlıq çox vaxt bir nəfərin gecikməsi ilə başlayır. Gəlin, bir-birimizi düşünək və yolumuzu asanlaşdıraq” – cəmiyyətə qarşılıqlı anlayış və nəqliyyat mədəniyyətinə çağırış kimi təqdim olunur.
“Faiqoğlu” MMC-nin hazırladığı bu maarifləndirici video sosial şəbəkələrdə istifadəçilər tərəfindən müsbət qarşılanıb. Paylaşımlarda qeyd olunur ki, belə təşəbbüslər ictimai nəqliyyatda davranış qaydalarına diqqətin artırılmasına və sərnişinlər arasında anlayışın formalaşmasına xidmət edir.
Şirkət nümayəndələri bildiriblər ki, bu cür sosial çarxların məqsədi insanlarda məsuliyyət hissini artırmaq və ictimai nəqliyyatda intizamı gücləndirməkdir.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












