LED, yoxsa lazer işıq sürücünün görmə qabiliyyətinə daha müsbət təsir edir? – ARAŞDIRMA - FOTO

Son illərdə elektrikli və avtonom idarəetməyə malik avtomobillərin sürətlə yayılması ilə birgə bəzi ənənəvi texnologiyalar tarixə qovuşmaq üzrədir. Onlardan biri də duman əleyhinə işıqlardır.
Avtosfer.az xəbər verir ki, əvvəllər ön bamperin aşağı hissəsində yerləşən və yağışlı, dumanlı havalarda təhlükəsizliyi artıran bu işıqlar artıq bir çox yeni nəsil avtomobildə yer almır. Bunun əsas səbəblərindən biri avtomobil işıqlandırma sistemlərinin texnoloji inkişafıdır.
Artıq istehsalçılar halogen faralar əvəzinə daha effektiv və güclü LED faralara üstünlük verirlər. LED fənərlər ağ işıq sayəsində gecə və pis hava şəraitində daha aydın görünüş təmin edir və duman əleyhinə işığın funksiyasını əvəzləyir.

Bundan əlavə, adaptiv fara sistemləri də duman işıqlarına olan ehtiyacı azaldır. Bu texnologiya avtomobilin sürətinə və sükan bucağına uyğun olaraq faraların istiqamətini tənzimləyir və yolu optimal şəkildə işıqlandırır.
Lazer faralar isə daha çox premium modellərdə istifadə olunur və LED texnologiyasından da güclüdür. Bu sistemlər uzaq məsafələri daha yaxşı işıqlandıraraq görmə dairəsini artırır.
Texnoloji inkişaflarla yanaşı, avtomobil istehsalçılarının daha minimalist dizaynlara üstünlük verməsi də bu dəyişimin səbəblərindən biridir. Əvvəllər duman işıqlarının yerləşdiyi hissədə indi daha çox sensorlar və təhlükəsizlik sistemləri quraşdırılır. Bu, həm estetik baxımdan daha cəlbedici görünüş yaradır, həm də yer qənaətinə imkan verir.
Beləliklə, müasir texnologiyalar həm görmə qabiliyyətini artırır, həm də duman əleyhinə işıqlara ehtiyacı aradan qaldırır.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












