Maşında dövlət rəmzlərindən istifadəyə yol verilməməlidir – İLKİN HƏSƏNİ - VİDEO

Aparıcı İlkin Həsəni dövlət rəmzlərindən gündəlik həyatda düzgün istifadə olunmaması ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında həyətlərdən birində qarşılaşdığı mənzərəni paylaşaraq Azərbaycan dövlət rəmzlərinin təyinatından kənar istifadəsini tənqid edib.
İlkin Həsəni bildirib ki, gördüyü səkkizguşəli ulduz və alov təsviri ona dövlət rəmzlərinə münasibətlə bağlı narahatlığını bir daha xatırladıb. O qeyd edib ki, dövlətçiliyin simvolları olan bayraq, gerb və himn qanunla qorunur və onlardan istifadə qaydaları müəyyən edilib.
"Bayraq da, gerb də, himn də suvenir və ya ticarət atributu deyil. Gerb dövləti təmsil etmək üçündür. Onu avtomobilin ön və ya arxa şüşəsinə yapışdırmaq, telefonun arxasında istifadə etmək və ya başqa məqsədlərlə tətbiq etmək düzgün deyil. Dövlət rəmzini günəşdən qorunmaq üçün avtomobilin şüşəsinin arxasına qoymaq ona hörmətsizlikdir", – deyə aparıcı vurğulayıb.
Aparıcının sözlərinə görə, dövlət rəmzlərindən istifadə qaydaları qanunvericilikdə öz əksini tapsa da, bu normaların icrasına kifayət qədər nəzarət olunmur.
Bu cür halların qarşısı vaxtında alınmasa, gələcəkdə dövlət rəmzlərinin müxtəlif məişət əşyaları və kommersiya məhsulları üzərində istifadəsi adi hala çevrilə bilər.
"Vətənpərvərlik dövlət rəmzini hər yerə yapışdırmaq deyil. Əsl vətənpərvərlik dövlət rəmzinə layiq olduğu dəyəri və yeri verməkdir. Aidiyyəti qurumlar bu məsələyə mütləq diqqət yetirməlidirlər", – deyə İlkin Həsəni paylaşımında qeyd edib.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












