Maşının panelində yanan bu işıqlar hansı təhlükədən xəbər verir? - İZAH - FOTO
Avtomobilinizin idarəetmə panelindəki simvolların mənalarını bilmək təhlükəsiz sürücülük üçün vacib amillərdən biridir. Bu işarələr təkcə məlumat xarakterli deyil, eyni zamanda potensial qəza və ciddi nasazlıqların qarşısını almağa xidmət edir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər sürücüləri cihaz panelində yanan bəzi xəbərdarlıq işıqlarına qarşı daha diqqətli olmağa çağırır.
Belə ki, sükan gücləndiricisi ilə bağlı xəbərdarlıq işığı yandıqda, bu, sükanın istənilən anda sərtləşə biləcəyini göstərir. Bu isə idarəetməni çətinləşdirərək qəza riskini artırır.
Əyləc sistemi ilə bağlı işıq isə avtomobilin təhlükəsiz dayanma qabiliyyətinin zəiflədiyini bildirir. Bu halda hərəkəti davam etdirmək ciddi təhlükə yarada bilər.
Mühərrik və ümumi sistem nasazlığına işarə edən xəbərdarlıq işığı isə avtomobilin “beyni”ndə problem olduğunu göstərir. Bu siqnal nəzərə alınmazsa, daha böyük texniki nasazlıqlara səbəb ola bilər.
Dizel mühərrikli avtomobillərdə qızdırma sistemi ilə bağlı xəbərdarlıq işığının hərəkət zamanı yanması isə sistemdə nasazlıq olduğunu göstərir və avtomobilin dayanmasına qədər gedib çıxa bilər.
Eyni zamanda immobilayzer xəbərdarlıq işığı da diqqətdən kənarda qalmamalıdır. Bu işıq yanarsa, avtomobil təhlükəsizlik səbəbilə işə düşməyə və ya hərəkətə icazə verməyə bilər.
Mütəxəssislər bildirir ki, bu cür siqnallar vaxtında nəzərə alınarsa, həm qəza riski azalır, həm də sürücülər əlavə xərclərdən qorunmuş olur.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












