Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA

Avtomobili saxladıqdan sonra qapını ehtiyatsız şəkildə açmaq digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Xüsusilə yol kənarında və ya hərəkət zolağına yaxın ərazilərdə qapının açılması avtomobil, velosiped və digər nəqliyyat vasitələri ilə toqquşmaya səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu cür hallarda məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı açıqlama verib.
Ekspertin sözlərinə görə, sürücü avtomobili saxladıqdan sonra qapını açmazdan əvvəl arxadan gələn digər hərəkət iştirakçılarına maneə yaradıb-yaratmayacağını mütləq yoxlamalıdır.
“Qapını açmazdan əvvəl arxadan gələn nəqliyyat vasitəsinin, velosipedin və digər hərəkət iştirakçılarının olub-olmadığına əmin olmaq lazımdır. Əgər qapını açarkən hərəkətdə olan nəqliyyat vasitəsinə maneə yaradılır və nəticədə qəza baş verirsə, məsuliyyət qapını açan şəxsin üzərinə düşür”, – deyə Rüfət Əmiraslanov bildirib.
Nəqliyyat eksperti qeyd edib ki, qapını açmazdan əvvəl yalnız güzgüyə baxmaqla kifayətlənmək olmaz. Sürücü arxadan gələn nəqliyyat vasitələrinin hərəkətini nəzərə almalı və təhlükəsiz olduğuna əmin olduqdan sonra qapını açmalıdır.
Bu qayda xüsusilə velosipedçilər və motosiklet sürücüləri üçün vacibdir. Çünki qəfil açılan avtomobil qapısı onların hərəkət istiqamətinə çıxa və ağır nəticələrə səbəb ola bilər.
Ekspert sürücüləri avtomobildən düşərkən tələsməməyə və qapını açmazdan əvvəl yolu diqqətlə yoxlamağa çağırıb. Onun sözlərinə görə, bir neçə saniyəlik ehtiyatlılıq həm qəzanın, həm də mümkün hüquqi məsuliyyətin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












