Niyə az benzinlə maşını sürmək olmaz?

Yanacaq çənində az miqdarda benzinlə hərəkət etmək avtomobildə ciddi texniki nasazlıqlara yol aça bilər.
Avtosfer.az xəbər verir ki, bu vərdiş xüsusilə yanacaq nasosunun sıradan çıxmasına və baha başa gələn təmir işlərinə səbəb olur.
Müasir avtomobillərin əksəriyyətində yanacaq nasosu məhz çəndəki yanacaq vasitəsilə soyudulur və sürtülür. Çəndə səviyyə həddindən artıq aşağı düşdükdə nasosun iş rejimi ağırlaşır ki, bu da onun daha tez aşınması ilə nəticələnir.
Bundan əlavə, yanacaq az olduqda çənin dibində toplanan çöküntülərin sistemə daxil olma ehtimalı artır.
Bu hal uzun müddət istifadə edilən nəqliyyat vasitələrində daha çox müşahidə olunur.
Dizel mühərrikli avtomobillərdə isə risklər daha yüksəkdir. Sistemə hava daxil olması mühərrikin işə düşməsini çətinləşdirir və yanacaq aparatını əlavə yükə salır. Benzinlə işləyən modellərdə isə əsasən nasosun vaxtından əvvəl sıradan çıxması və filtrlərin tıxanması təhlükəsi yaranır.
Avtomobilin texniki sazlığını qorumaq üçün yanacaq səviyyəsinin çənin dörddə birindən aşağı düşməsinə imkan verməmək tövsiyə olunur. Bu yanaşma həm yanacaq sisteminin ömrünü uzadır, həm də tıxaclarda və digər gözlənilməz vəziyyətlərdə hərəkət ehtiyatını təmin edir.
Yəni, maşının yanacaq çənini tam boşaltmadan doldurmaq lazımdır, əks halda yanacaq nasosu qızaraq xarab ola bilər və bu da sürücüyə baha başa gələr. (Demokrat.az)
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












