Ötmə anında sürəti çox artırmaq qəzaya səbəb ola bilər - VİDEO

Yol hərəkəti bəzən sürücülər üçün proqnozlaşdırıla bilməyən bir teatr səhnəsinə çevrilə bilər. Sürücülər diqqətli və qaydalara uyğun hərəkət etdiklərini düşünsələr də bir anda qarşılarına çıxan gözlənilməz situasiyalar bütün səhnəni dəyişə bilər. Bəzən yalnız bir avtomobili ötmək belə hadisələrin qığılcımı ola bilir.
Avtosfer.az xəbər verir ki, məhz bu reallığı əyləncəli və yaradıcı şəkildə təqdim edən “Allyollyo” adlı məzmun istehsalçısı, sosial şəbəkələrdə paylaşdığı videolarla geniş auditoriya tərəfindən maraqla izlənilir. O, gündəlik yol hərəkəti zamanı baş verən absurd, təhlükəli və bəzən gülməli hadisələri toplayaraq, bunlara yumoristik və təhlil yönümlü şərhlər əlavə edir. Onun üslubu həm informativ, həm də əyləncəlidir.
Videolarda müxtəlif sürücülərin məsuliyyətsiz davranışları, ani manevrlər, qayda pozuntuları və bəzən də heç kimin başa düşə bilmədiyi qəribə sürücülük vərdişləri yer alır. “Allyollyo” bu hadisələri bəzən zarafatla, bəzən isə ciddi xəbərdarlıqla şərh edir.
Bu videolar, təkcə izləyiciləri güldürmək deyil, eyni zamanda yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə məqsədi daşıyır. Çünki belə vəziyyətlər real həyatda hər bir sürücünün başına gələ bilər və doğru reaksiya vermək həyati əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












