“Plug-in hybrid”lərin batareyası telefondakı kimidir, şarjdan çıxaranda sönür – MÜTƏXƏSSİSDƏN - VİDEO

Avtomobil eksperti Şahin Göyləroğlu “plug-in hibrid” avtomobillərlə bağlı diqqətçəkən açıqlama verib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bəzi sürücülər bu tip avtomobilləri düzgün istifadə etmədikləri üçün benzin sərfiyyatı adi benzinli avtomobillərdən daha çox olur.
Ekspert bildirib ki, cəmiyyətdə plug-in hibridlərin daha uzun ömürlü olduğu barədə yanlış fikir formalaşıb:
“Əslində, bu avtomobillərin akkumulyatoru 50-100 min kilometrdən sonra özünü göstərməyə başlayır, maksimum 120 min kilometrə qədər davam edə bilir. Sonrakı mərhələdə batareya zəifləyir və benzinli mühərrik onu dayanmadan yükləməyə çalışır. Nəticədə yanacaq sərfiyyatı artır, mühərrik daha çox yüklənir və qısa müddətdə sıradan çıxa bilər”.
Şahin Göyləroğlu məsələni sadə bir misalla da izah edib:
“Batareyanı su çəni, benzinli mühərriki isə nasos kimi düşünün. Çən deşilibsə, nasos dayanmadan su vurur, amma su itir. Bu vəziyyətdə mühərrik daim əlavə enerji tələb edir. Telefon batareyası da buna bənzəyir: bir neçə ildən sonra şarjdan çıxaran kimi tez boşalır. Plug-in hibriddə də eyni hal baş verir”.
Ekspert əlavə edib ki, belə avtomobillərdə akkumulyatorun sıradan çıxması yalnız yanacaq sərfiyyatını artırmır, həm də təhlükə yaradır:
“Əgər batareya işləmirsə, təcili şəkildə servisə müraciət etmək lazımdır. Çünki sıradan çıxmış akkumulyator alışa və hətta partlaya bilər. Telefonların batareyaları kimi bu da risklidir. Sürücülər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar”.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












