Qış aylarında təkərlər hansı şəraitdə saxlanılmalıdır? – ARAŞDIRMA

Dekabr ayının yaxınlaşması ilə sürücülər qış təkərlərinə keçməyə başlayır. Lakin mütəxəssislər bildirir ki, təkərlərin dəyişdirilməsi qədər onların düzgün saxlanması da vacibdir.
Avtosfer.az xəbər verir ki, yanlış saxlama təkərlərin deformasiyasına, çatlamasına və istifadə müddətinin xeyli azalmasına səbəb ola bilər.
Qış təkərlərinin saxlanması üçün uyğun mühit seçilməlidir: qaranlıq, sərin və quru məkan ən ideal hesab olunur. Temperaturun 10–25 dərəcə arasında olması, təkərlərin yaxınlığında neft məhsulları və sürtkü yağlarının olmaması tövsiyə edilir. Açıq balkonlar, günəş işığı və temperatur dəyişikliyi səbəbindən təhlükəlidir, lakin örtülü və izolyasiyalı balkonlar istifadə oluna bilər. Qarajlar da ən çox yayılan seçimdir: metal qarajlarda temperatur dəyişikliyi çox olsa da, kərpic qarajlar daha sabit olur. Zirzəmilər və tövlələr isə yaxşı havalandırma olduqda münasibdir.
Peşəkar şin saxlama xidməti (“şin otelləri”) də çıxış yoludur. Bu xidmət təkərləri tam uyğun şəraitdə saxlamağa imkan verir, lakin hər rayonda mövcud olmaması və əlavə xərc tələb etməsi çatışmazlıqdır.
Mütəxəssislər bildirirlər ki, təkərlərin disklə və ya disksiz saxlanması üsulu fərqlidir. Diskli təkərlər üfüqi şəkildə üst-üstə yığıla və ya qarmaqlarla asıla bilər. Disksiz təkərlər isə mütləq şaquli vəziyyətdə saxlanmalı və deformasiya olmaması üçün müəyyən müddətdən bir çevrilməlidir. Təkərlərin birbaşa yerə qoyulmaması, altına taxta və ya platforma yerləşdirilməsi məsləhətdir.
Saxlamadan əvvəl təkərlər yuyulmalı, qurudulmalı və hava axınını məhdudlaşdırmayan xüsusi çantalara yerləşdirilməlidir. Saxlama sahəsinin mütəmadi olaraq yoxlanılması da vacibdir.
Qeyd olunur ki, qapalı taxta saxlama yerləri yay təkərləri üçün uyğundur, lakin qış təkərləri belə şəraitdə elastikliyini itirə və deformasiya ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, qaydalara uyğun saxlanmış qış təkərləri həm təhlükəsiz sürüşü təmin edir, həm də uzunmüddətli perspektivdə sürücülərə ciddi qənaət imkanı yaradır.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












