Qışda təkərlərin təzyiqini niyə artırmaq lazımdır? - MÜTƏXƏSSİSLƏRDƏN TÖVSİYƏ

Soyuq havaların sürücünün təhlükəsizliyinə təsiri yenidən gündəmdədir. Mütəxəssislər qış aylarında avtomobil təkərlərinin hava təzyiqinin düzgün tənzimlənməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Avtosfer.az xəbər verir ki, aşağı temperatur təkərlərin içərisindəki hava təzyiqini azaldaraq, təhlükəsizlik üçün risklər yaradır. Təkər təzyiqində baş verən bu dəyişikliklər əyləc məsafəsinin uzanmasına, idarəetmənin pisləşməsinə və yanacaq sərfiyyatının artmasına səbəb ola bilər.

Mütəxəssilər bldirib ki, temperatur aşağı düşdükcə təkərlərdəki hava təzyiqi də azalır. Ona görə də qış aylarında təkər təzyiqini mütəmadi olaraq yoxlamaq vacibdir.
Qış aylarında təkər təzyiqi üçün mütəxəssislərin tövsiyələri:
1)Təkər təzyiqi avtomobil bir neçə saat hərəkətsiz qaldıqdan və təkərlər soyuduqdan sonra yoxlanılmalıdır. İsti təkərlərdə aparılan ölçmələr dəqiq olmaya bilər.
2)Avtomobilin istifadəçi təlimatında qeyd edilən və tövsiyə olunan təkər təzyiqi dəyərlərinə riayət edilməlidir. Bəzi istehsalçılar qış şəraiti üçün əlavə təzyiq tövsiyə edə bilər.
Hava istiliyindəki dəyişikliklər təkər təzyiqinə təsir edə bilər. Təzyiq həftədə ən azı bir dəfə yoxlanmalı və lazım olduqda tənzimlənməlidir.
Dəqiq ölçüm üçün etibarlı və keyfiyyətli təkər təzyiqölçən cihazlardan istifadə edilməlidir. Köhnəlmiş və ya nasaz sayğaclar qeyri-dəqiq nəticələr verə bilər.
Bununla yanaşı, mütəxəssislər qış şəraitinə uyğun təkərlərin istifadəsinin də zəruriliyini vurğulayırlar. Qış təkərləri aşağı temperaturda daha yaxşı yol tutuşu təmin edir. Qış təkərləri xüsusi hazırlanıb və düzgün təzyiqdə istifadə edildikdə həm təhlükəsizlik, həm də təkərlərin ömrü üçün optimal performans göstərir.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












