Sağlamlığımıza zərbə vuran sürücülük vərdişləri

Bakıda əksər ailələrin azı bir avtomobili var. Yəni, şəhər sakinlərinin çoxu gündəlik hərəkətini şəxsi avtomobili ilə edir. Avtomobil komfort mənbəyi olmaqla yanaşı, bəzi xəstəliklərə də səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, sürücülərin sağlamlığına zərər vuran ilk amil düz oturmamaqdır. Sürücülərin böyük əksəriyyəti sükan arxasında düz əyləşmir, sükanı düz tutmur. Son nəticədə onurğa sistemində problemlər ortaya çıxır.
İkinci problem fasiləsiz sürüşdür. Bəzi sürücülər Bakıdan Zaqatalayadək yolu dayanmadan gedirlər. Sürücü düşünür ki “gedib çatmasam dayanmayacağam”. Bu yanaşma isə, onurğa sistemi ilə bərabər, qan dövranı sistemi və böyrəklər də ciddi zərər görür.
Səfər zamanı orqanizmin təbii ehtiyaclarını (qida və su qəbulu, tualet tələbatı) təxirə salmaq da sürücü və sərnişinin səhhətinə bərpaolunmaz zərbə vurur.
Hansısa fövqəladə halda 4-5 saat dayanmadan maşın sürmək orqanizmə çox da böyük zərər vurmur. Lakin bunu vərdiş halına gətirməyin sonu yaxşı qurtarmır. Həkimlər tövsiyə edirlər ki, sürücü və sərnişinlər uzaq yola çıxarkən ən geci 2 saatda bir dəfə dayanaraq 15-20 dəqiqə istirahət etməlidirlər. Belə istirahət zamanı sürücünün qan dövranı yaxşılaşdığı üçün daha diqqətli idarə edir və qəza riski azalır.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












