Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO

Son illər yol polisinin gördüyü işlər, sürücülər və piyadalarla aparılan profilaktik tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə ölkə ərazisində baş verən qəzaların sayında ciddi azalma müşahidə olunur. Amma qəza saylarının azalmasına baxmayaraq, baş verən hadisələrdə ölüm faktları hələ də qorxuludur. Sentyabr ayının əvvəlində ölkə ərazisindəki yağıntılı hava bölgələrdə və paytaxtda bir sıra qəzalara səbəb oldu. Bu qəzaların birində 5, başqasında 3, bir başqasında 1 və ya 2 nəfər həyatını itirdi, xeyli sayda insan ağır xəsarətlər aldı. Bəs qəzaların əsl səbəbləri nələrdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytının sosial media hesablarında canlı yayım zamanı bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi də yaranan vəziyyətlə bağlı sürücülərə çağırış edib:
“Çağırışın əsası isə ondan ibarətdir ki, sürücülər yol hərəkəti qaydalarına əməl etməlidilər. Bir qəzada 5 nəfərin həyatını itirməsi çox ağır hadisədir. Bir ailə artıq məhv olub. Səbəb isə aydındır, həmin nəqliyyat vasitəsi sürətlə hərəkət edib və qarşısına anidən kənd təsərrüfatı texnikası çıxıb. Təəssüf ki, həmin nəqliyyat vasitələrinə son dövrlər nəzarət azalıb. Aşağı sürətlə hərəkət edən nəqliyyat vasitələridir. Bəzən bu nəqliyyat vasitələri palçıqlı vəziyyətdə, hansısa işıq elementləri üzərində olmadan, qəfil yola çıxır və yol örtüyünü də zədələyir. Bu nəqliyyat vasitələri ilə bağlı aparılan son dövrlərdəki islahatlar nəticələr verməyə başlamışdı. O vaxt bir çoxunun hətta qeydiyyat nişanı da yox idi. Aqrar Xidmətlər Agentliyi onların qeydiyyat prosesini həyata keçirirdi, amma təəssüf ki, bu istiqamətdə son illərdə nəzarət aşağı düşüb”.
Həmin canlı yayımın videosunu sizə təqdim edirik:
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












