Sükan arxasında telefondan istifadə faciəyə səbəb ola bilər - MÜTƏXƏSSİS - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM” radiosunun efirində çıxışı zamanı sükan arxasında mobil telefondan istifadənin yaratdığı ciddi təhlükələrdən danışıb.
Avtosfer.az xəbər verir ki, məşqçinin sözlərinə görə, sürücülər arasında telefonla danışanlara tez-tez rast gəlinir, lakin ən təhlükəli vərdiş mesaj oxumaq və yazmaqdır. Aqil Rəhimov bildirib ki, bir çox insanlar mesaj oxumağın telefonla danışmaqdan daha az riskli olduğunu düşünür, amma əslində bu, daha təhlükəlidir:
“Mesajı oxumaq üçün sürücü 3–4 saniyəlik diqqətini yoldan ayırır. Elə həmin an avtomobilin qarşısına qəfil piyadə çıxa, yol şəraiti dəyişə bilər”.
Məşqçi vurğulayıb ki, vəziyyəti daha da ağırlaşdıran məqam sürücülərin təkcə mesaj oxuması deyil, eyni zamanda mesaj yazmasıdır. Onun fikrincə, bəzi gənclər sükan arxasında emosional mesajlar yazmaqla həm özlərini, həm də başqalarını təhlükə altına atırlar:
“İstədiyi qıza ‘səni sevirəm’, ‘gəl görüşək’, ‘sən mənim həyatımsan’ kimi mesajlar yazanlar var. Amma bir anlıq diqqətsizlik nəticəsində qarşısına insan çıxa və faciə baş verə bilər”.
Aqil Rəhimov xüsusilə gənclərə müraciət edərək məsuliyyətli olmağa çağırıb. O bildirib ki, bir anlıq mesajlaşma illərlə qurulan bütün planları və arzuları alt-üst edə bilər:
“Əgər həmin anda bir piyadəyə və ya başqa avtomobilə dəyərsinizsə, nəticədə kimsə xəsarət ala və ya həyatını itirə bilər. Bu halda sizin gələcəklə bağlı bütün arzularınızı bir telefon, bir mesaj puç etmiş olacaq.”
Qəza əleyhinə kursların məşqçisi sürücülərə səslənərək qeyd edib ki, sükan arxasında telefonun kənara qoyulması təkcə şəxsi təhlükəsizlik məsələsi deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyətdir. Onun sözlərinə görə, yol hərəkəti qaydalarına əməl etməklə və diqqəti yalnız yola yönəltməklə bir çox ağır yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkündür.
Eltac
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












