Sükan arxasında telefonla danışmamaq üçün nə etməlisiz? – MÜTƏXƏSSİSDƏN TÖVSİYƏ - VİDEO

Avtomobil idarə edərkən diqqəti yayındıran əsas amillərdən biri də mobil telefondur. Təcrübəsiz sürücülər üçün bu, xüsusilə təhlükəlidir. Çünki sükan arxasında zənglərə cavab vermək və ya danışmaq sürücünün diqqətini yoldan yayındırır, qəza riskini artırır.
Bu səbəbdən, mütəxəssislər avtomobil idarə edərkən mobil telefon istifadəsindən tamamilə çəkinməyi tövsiyə edirlər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yol-nəqliyyat hadisələrindən yayınmaq üçün yararlı tövsiyələr verib. Bildirib ki, siz pis-yaxşı maşın sürməyə öyrənsəz də, sizi qəzaya sala biləcək bir faktor var:
“Bu faktor telefondur. İlk vaxtlarda həyat yoldaşınız sizdən çox narahat olacaq, tez-tez zəng eləyəcək. Telefona cavab vermək sizi qəzalara sala bilər. Ona görə əvvəlcədən həyat yoldaşınızla danışın ki, mən işə çatınca mənə zəng eləmə. İşə çatım, 40 dəqiqədən sonra özüm sənə zəng eləyəcəm. Çünki onlar narahat olurlar. Siz telefonu götürməsəniz, narahat olacaqlar. Siz isə telefonu götürsəniz, qəzaya düşə bilərsiniz. Ona görə 40-50 dəqiqədən ərzində işə çatandan sonra özünüz zəng edin.
İkinci məsləhət ondan ibarətdir ki, nəinki telefonu götürməyin, telefonun səsini alın. Çünki telefon zəng çalmağa başlayanda siz artıq narahat olursunuz ki, bəlkə evdə uşaqlara bir şey olur, bəlkə yoldaşıma bir şey olur, fikriniz qalır telefonun yanında və siz yenə də qəzalara düşə bilərsiniz. 6 ay nəinki telefonu ələ götürmək, hətta o qulaqlıqlarla da danışmaq məsləhət deyil. Ümumiyyətlə, telefonla danışmaq məsləhət deyil”.
Aqil Rəhimov əlavə olaraq qeyd edib ki, mütəxəssis olaraq uzun illərin təcrübəsi olsa da, maşın sürəndə, telefonu həm dərslərdə, həm tək sürəndə səssiz rejimə qoyur və maksimum şəkildə də danışmamağa çalışır.
“Təsəvvür edin, yoldaşın zəng eləyir sənə, məsələn, deyir pendir al, soruşursan, hansı pendir? Ağ pendir, neçə kilo? Bir də görürsən ki, sağa getməliydin, amma düz getmisən. Halbuki mənim 35 il təcrübəm var.
Ona görə telefonla danışanda qayda pozuntusu da ola bilər. Maşını saxlayandan sonra rahat telefonla danışa bilərsiniz.”
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












