“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT

Yol qəzaları ölkəmizdə hər il insan həyatına ciddi təsir edir və itkilərə səbəb olur. Statistikalar göstərir ki, bu qəzaların böyük hissəsi sürücülərin məsuliyyətsizliyi və yol hərəkəti qaydalarına əməl etməməsi, yəni insan faktoru ilə bağlıdır.
Yol qəzalarının böyük əksəriyyətinin insan faktoru ilə izah edilməsi, problemin yalnız fərdi məsuliyyətsizlikdən deyil, daha dərin sistem çatışmazlıqlarından qaynaqlandığını göstərir.
Bu kontekstdə daha bir sual ortaya çıxır: Hər kəs peşəkar sürücü sayıla bilərmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Avtosfer.az-a bildirib ki, yol qəzalarının 90%-ə yaxınının insan faktorundan baş verməsi əslində bir neçə nüansı deyir: "Problem avtomobildə, yolda və ya hava şəraitində yox, insanın hazırlanmasındadır. Sürücülük təlimi prosesi formal xarakter daşıyır. Bir çox kurslarda real vəziyyətlər öyrədilmir, fövqəladə əyləc, sürüşmə, aqressiv sürücülərdən yayınma, gecə və yağışlı hava sürüşü, şəhər mərkəzində stresli idarəetmə və s.
Riskli yol situasiyaları yoxdur, psixoloji təzyiq yoxlanılmır, qəza riski olan davranışlar test edilmir. Sürücülük mədəniyyəti yox, yalnız mexaniki bacarıq ölçülür. Amma bunlar təhlükəsiz sürücülük demək deyil. Təhlükəsiz sürücülük üçün risk analizini bacarmaq, qabaqlayıcı düşünmək, emosiyanı idarə etmək, tələsməmək, məsuliyyət hissi lazımdır."
Nurcan Babək
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












