Sürücülər maşını yuyarkən hansı xətalara yol verir? – FOTO

Avtomobilinizi təmiz saxlamaq onun uzunömürlü olması üçün vacibdir. Lakin düzgün yuyulmadıqda kuzovda ləkə, cızıq və boya zədələri yarana bilər.
Avtosfer.az avtomobil yuyulması zamanı ən çox edilən səhvləri və onların qarşısını almaq yollarını təqdim edir.
1. Təsadüfi avtoyuma məntəqəsinə getmək: Avtomobilinizi etibar etdiyiniz və keyfiyyətli xidmət göstərən yerdə yuyulmasına əmin olun. Bəzi avtoyuma məntəqələri ucuz kimyəvi maddələrdən və fırçalardan istifadə edərək avtomobilin boyasına ciddi ziyan vura bilər. Əgər etibarlı avtoyuma tapa bilmirsinizsə, avtomobili özünüz yumalısınız.

2. Yanacaqdoldurma məntəqələrində avtomatik avtoyuma xidmətindən istifadə etmək: Avtomatik yuma sistemləri rahat görünsə də, fırçalar avtomobilin boyasını cıza bilər. Xüsusilə yeni avtomobillər üçün bu üsul tövsiyə edilmir.
3. Avtomobilin fırça ilə yuyulması: Fırçalar avtomobilin üzərində kiçik cızıqlar yaradır və uzunmüddətli istifadə boyaya ciddi zərər verə bilər. Bunun əvəzinə mikrolifli yuyucu əlcək və ya cızmayan süngər daha yaxşı seçimdir.
4. Tək vedrə ilə yumaq: Avtomobilin effektiv təmizlənməsi üçün ikili və ya üçlü vedrə üsulu tətbiq olunmalıdır. Çünki avtomobildə palçıq, quş zılı və müxtəlif ləkələr olur. Eyni vedrəni istifadə etdikdə çirklər geri qayıdaraq avtomobilin üzərinə yayıla bilər.
5. Su şırnağını avtomobilə çox yaxın tutmaq: Boyalı hissələrə təzyiqli suyu çox yaxın tutmaq boyanı qopara və kuzovu zədələyə bilər. Buna görə də suyun gücünü və məsafəni diqqətlə tənzimləmək lazımdır.
6. Avtomobili islatmadan köpükləndirmək: Bu, ən çox edilən səhvlərdən biridir. Köpüklənmədən əvvəl avtomobilin ilkin yuyulması lazımdır. Əks halda, toz və çirk köpüklə qarışaraq avtomobilin səthinə zərər verə bilər. Təəssüf ki, bir çox avtoyuma məntəqəsi məhz bu səhvi təkrarlayır.

7. Quş zılını səhv üsulla təmizləmək: Quş zılı turşu tərkibli olduğu üçün avtomobilin səthinə yapışaraq iz buraxa bilər. Bəzi sürücülər onu fırça və ya yaş salfetlə silərək çıxarmağa çalışır, lakin bu, avtomobilin cızılmasına səbəb ola bilər. Düzgün üsul – quş zılını əvvəlcə su ilə yumşaldıb, sonra köpüklə təmizləməkdir.
8. Avtomobili qurutmamaq: Yuma sonrası avtomobilin səthində qalan su iz və ləkələr yarada bilər. Mikrolifli dəsmallarla qurutmaq, avtomobilin daha təmiz və parlaq qalmasını təmin edəcək.
Mütəxəssislər avtomobili müntəzəm, lakin düzgün yumağı tövsiyə edirlər. Keyfiyyətli kimyəvi maddələrdən istifadə edin və avtomobilinizin boyasını qorumaq üçün fırçalı yuma üsullarından uzaq durun.
Eltac Zülfüqaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










