Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallarda hərbi xidmətə yararlılıq dərəcəsini müəyyən edən bu qeyd nəqliyyat vasitəsini idarə etmək hüququnun əldə olunmasına birbaşa təsir göstərir.
Avtosfer.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına əsasən, hərbi biletdə qeyd olunan 17b maddəsi, tibbi ekspertiza Əsasnaməsinə əsasən psixi fəaliyyətin və əsəb sisteminin yüngül və ya müvəqqəti pozuntuları (neyrotik, stresslə bağlı və somatoform pozuntular) ilə bağlı hərbi xidmətə məhdud yararlılığı və ya möhlət hüququnu əks etdirir. Sürücülük vəsiqəsinin alınması zamanı bu maddənin məhdudiyyət yaradıb-yaratmaması birbaşa vətəndaşın sağlamlıq vəziyyətinin həkim komissiyası (xüsusilə psixiatr) tərəfindən necə qiymətləndirilməsindən asılıdır.
Məhdudiyyət, ilk növbədə, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayışın (forma 083/u) verilməsi mərhələsində ortaya çıxır. Əgər hərbi biletdə 17b maddəsi yer alıbsa, Narkoloji və Psixonevroloji Dispanserlərdən müvafiq qeydiyyat statusu və rəy alınmalıdır. Əgər şəxs psixonevroloji dispanserdə aktiv dinamik müşahidədədirsə və ya diaqnoz nəqliyyat vasitələrini idarə etmək üçün təhlükə yaradan psixi pozuntular siyahısına düşürsə, həkim komissiyası sürücülük üçün mənfi rəy verir və bu halda vəsiqənin alınması rəsmi olaraq məhdudlaşdırılır.
Bundan əlavə, məhdudiyyət idarə ediləcək nəqliyyat vasitəsinin kateqoriyasından da asılı ola bilər. Məsələn, 17b maddəsi üzrə komissiya şəxsə həvəskar (A, B kateqoriyalı) avtomobilləri idarə etməyə icazə versə də, peşəkar sürücülük (sərnişin daşınması – D kateqoriyası, ağır tonnajlı yük avtomobilləri – C kateqoriyası və ya operativ nəqliyyat vasitələri) üçün tibbi tələblər daha sərt olduğundan həmin kateqoriyalar üzrə məhdudiyyət tətbiq olunur.
Məhdudiyyətin aradan qaldırılması və ya dəqiqləşdirilməsi üçün vətəndaş psixonevroloji dispanserdə təkrar tibbi müayinədən (stasionar və ya ambulator) keçməlidir. Əgər müayinə nəticəsində şəxsdə nəqliyyat vasitəsini idarə etməyə mane olacaq aktiv psixi pozuntu aşkar edilməzsə və şəxs dispanser qeydiyyatından çıxarılarsa, tibbi komissiya müsbət rəy verir və sürücülük vəsiqəsi almaq hüququ təmin olunur.
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












