Təcrübəsiz sürücülər belə vəziyyətdə diqqətli olmalıdır – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtomobil idarə edən sürücülərin arasında geniş yayılmış, lakin çox təhlükəli bir haldan — “bezdim e” sindromundan danışıb.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyət xüsusilə ikinci dərəcəli yollarda özünü göstərir. Belə ki, sürücülər bir qədər gözlədikdən sonra səbir etməyib, “bezdim e” düşüncəsi ilə qəfil hərəkət edirlər. Aqil Rəhimov bildirir ki, bəzən sürücülər qarşıdakı nəqliyyat vasitələrinin onları buraxacağını düşünərək tələskənlik göstərirlər və nəticədə qəfil ikinci zolaqdan çıxaraq təhlükəli vəziyyət yaradırlar.
“Bu, çox ciddi və təhlükəli vərdişdir. Sürücülər bəzən 50 metr qalıb gözləyir, 20 metr qalıb gözləyir, amma 5 metr qalmış birdən “bezdim e” deyib çıxış edirlər. Belə hallarda qəzadan yayınmaq çox çətin olur. Xüsusilə təcrübəsiz sürücülər bu kimi vəziyyətlərdə ehtiyatlı olmalıdırlar,” — deyə məşqçi vurğulayıb.
O, sürücülərə səbirli olmağı, riskli manevrlərdən uzaq durmağı və hərəkət zamanı təhlükəsizliyi hər şeydən üstün tutmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












