Telefonu maşının USB portuna birbaşa qoşmaq təhlükəlidir; alışma baş verər – Sürücülərə XƏBƏRDARLIQ

Avtomobillərdə yerləşən USB portlarının rahatlığına baxmayaraq, mütəxəssislər sürücüləri ciddi bir təhlükə barədə xəbərdar edir.
Avtosfer.az xəbər verir ki, son illər telefonunu birbaşa avtomobilin USB girişinə qoşaraq dolduranların sayı artsa da, bu üsul nə cihaz, nə də avtomobilin elektron sistemi üçün təhlükəsiz hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, avtomobillərdəki USB portlarının böyük hissəsi məlumat ötürülməsi üçün nəzərdə tutulub və “CarPlay”, “Android Auto” kimi sistemləri aktivləşdirmək üçün istifadə olunur. Bu portlar müasir smartfonların tələb etdiyi gücü təmin etmir. Bir çox avtomobildə güc hələ də 2.5–4.5 Vatt aralığındadır ki, bu da bugünkü smartfonları doldurmaq üçün kifayət deyil. Nəticədə cihaz ya çox ləng enerji alır, ya da ümumiyyətlə sürüş zamanı boşalmağa davam edir.
Mütəxəssislər bildirirlər ki, zəif güclü USB-yə qoşulan telefon qısa müddətdə qızmağa başlayır, avtomobilin elektron sisteminə əlavə yük düşür və uzunmüddətli istifadə portun sıradan çıxmasına səbəb ola bilər. Xüsusilə uzun səfərlərdə bu təhlükə daha da artır.
Telefonu avtomobildə daha təhlükəsiz və sürətli doldurmaq üçün mütəxəssislər 12 voltluq alışqan yuvasına qoşulan adapterdən istifadə edilməsini tövsiyə edirlər. Bu adapterlər 12W-dan 45W-a qədər güc verə bilir, sürətli şarjı dəstəkləyir və avtomobilin elektronikasına əlavə risk yaratmır.
Ekspertlər bildirirlər ki, USB portu ilə doldurma praktik görünsə də, bu, cihazın ömrünü qısalda bilər:
“Ən təhlükəsiz üsul alışqan adapterindən istifadə etməkdir. Bu həm telefonun, həm də avtomobilin elektron sisteminin zədələnməsinin qarşısını alır”.
Eltac
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










