Xəzər rayonunda yol hərəkəti qaydaları təbliğ edilir - FOTO

Dünən Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 və 156 saylı tam orta məktəblərdə şagird və müəllim kollektivinin iştrakı ilə “Yol hərəkəti qaydaları" mövzusunda növbəti geniş profilaktiki və marifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbir Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunub.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər RPİ-nin DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov, Xəzər RPİ-nin əməkdaşları Samir Ağayev, Xəyalə Həsənova və Aysel Abdullazadə yol hərəkəti qaydalarına riayət olunması barədə videoçarxlar təqdim edərək şagirdlərə öz tövsiyyələrini veriblər. Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb, onlara yol hərəkəti qaydalarına aid elementar biliklər izah olunub. Yol qəzalarında uşaqların daha çox zərər çəkdiyi qeyd olunub və bu kimi halların qarşısının alınması üçün atıllan addımlardan bəsh edilib.
Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT


























