“Yol hərəkəti qaydalarına necə riayət edirik” - FOTO

Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı aparılan maarifləndirmə işləri davam etdirilir. Dekabrın 14-də Bakı şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən 189-190 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarına necə riayət edirik!” mövzusunda növbəti tədbir keçirildi.
Məqsəd yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaqdan ibarət olub.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, məktəbin direktoru Ceyran Quliyeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, 150 şagird iştirak edib.
Uşaqların hazırladıqları yol nişanları və maketlərdən ibarət guşə nümayiş olundu. Yol nişnları, piyada keçidləri, təhlükəsizlik kəməri ilə bağlı biliklər İnteraktiv üsullarla uşaqlara öyrədilib.
Mövzu ilə bağlı nümayiş olunan videosüjetlər uşaqlara izah edilib, bu hadisələr haqqında uşaqlarla müzakirələr aparılıb. DYP əməkdaşına yol hərəkəti ilə bağlı suallar verilib və bir neçə təklif irəli sürülüb.
Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylanıb.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT



























