Yol polisi Abşeronda uşaqlara qaydaları öyrədib hədiyyə verdi - FOTOLAR

Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə yol hərəkəti qaydalarının təbliğinə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbir Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-cı tağımının təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən məktəbin direktoru Çinarə Atayeva bildirib ki, nə qədər gərgin olsa da, yol polisi daim məktəblərdə təbliğat işi aparılmasına vaxt ayırır və bu, uşaqlarda çox böyük əhval-ruhiyyə yaradır. Direktor bildirib ki, hər il keçirilən bu cür tədbirlər şagirdlərin yol hərəkəti qaydalarını öyrənməsinə və əməl etməsinə müsbət təsir edir.
YPXA-nın 1-cı tağımının komandiri, polis mayoru Ürfət Şükürov bildirdi ki, yol polisi qəzalarda uşaqların qəza qurbanına çevrilməsinə çox həssas yanaşır və belə hadisələrin azalması üçün hər cür addımlar atılır. Lakin bunun üçün uşaqların da yol hərəkəti qaydalarını bilməsi və əməl etməsi vacibdir. Komandir qeyd edib ki, orta məktəblərdə yol hərəkəti qaydaları təbliğ olunmalıdır və ilk növbədə uşaqların piyada keçidlərindən istifadə etməsi və yolu keçməsi qaydaları izah olunmalıdır. Bununla yanaşı, qulaqlıq taxaraq yolu haradan gəldi keçməyin təhlükəli olduğu da diqqətə çatdırılmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr şöbəsinin baş inspektoru, polkovnik-leytenant İsa Deystani bildirib ki, DİN və DYP rəhbərliyinin göstərişi ilə aparılan təbliğat işləri müsbət nəticələr verir və hər il qəzaların sayı azalır. Lakin ümumi qəzalarından yarıdan çoxunu piyadavurmalar təşkil edir ki, bu da yol polisini ciddi narahat edir: “Yol hərəkəti qaydalarını öyrənmək bizə həyatda qalmaq üçün lazımdır. Odur ki, öyrənmək və əməl etmək vacibdir”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, orta məktəblərdə aparılan təbliğat işi müsbət haldır və yol polisinin bu cür tədbirlər keçirməsi gələcəkdə daha çox nümunəvi sürücünün, piyadanın, hərəkət iştirakçısının formalaşmasına gətirib çıxaracaq. E.Muradlı deyib ki, bu il yol qəzalarında 40-a yaxın uşaq həlak olub, 100-dən çox yaralı var. Bu isə üzücü bir mənzərədir: “Ümid edirəm ki, aparılan təbliğat işləri nəticəsinddə belə hadisələrin sayı tezliklə azalacaq. Böyüklər uşaqları qorumağa borcludur. Lakin ilk növbədə qaydaları uşaqlara öyrətmək lazımdır”.
Daha sonra tədbirdə iştirak edən müəllimlərin, valideyn və şagirdlərin sualları cavablandırılıb, onları narahat edən məsələlər dinlənilib. DYP nüməyandələri bildirib ki, qaldırılan problemlərin həlli üçün addımlar atılacaq.
Tədbirin sonunda fəallıq göstərən uşaqlara yol polisinin qiymətli hədiyyələri və yol hərəkəti qaydaları kitabı təqdim edilib.
Fuad
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO
Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO




































