Yol polisi və müəllimlər orta məktəblərdə təbliğat işi aparır - FOTOLAR

Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı aparılan maarifləndirmə işləri davam edir. Dekabrın 19-da 94 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Sabunçu rayon DYP İdarəsinin rəis müavini polis kapitanı Elmar Əbilov, məktəbin direktoru Şəmsəddin Vəliyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, 180 şagird iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov nümayiş olunan videosüjetləri uşaqlara izah edib. Süjetdəki hadisələr haqqında uşaqların fikirlərini dinləyib. Yol hərəkəti qaydaları ilə bağlı uşaqlara suallar verilib və uşaqların DYP əməkdaşına sualları cavablandırılıb. Fəal uşaqlara mövzu ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylanıb.
Aparılan maarifləndirmə işləri 210 nömrəli məktəbdə də davam etdirıilib. Məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər. Nümayiş olunan videosüjetlərdəki hadisələrə uşaqların münasibəti öyrənilib. DYP əməkdaşına yol hərəkəti ilə bağlı suallar verilib. Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylandı.
Fidan
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO


























