“Yollarda qəzasız bir gün” - FOTOLAR

Oktyabrın 2-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 34 nömrəli məktəbdə Daxili İşlər Nazirliyinin keçirdiyi “Diqqət uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində “Yollarda qəzasız bir gün” devizi altında DYP əməkdaşları ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, məqsəd yol hərəkət qaydalarını məktəblərdə təbliğ etmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdan ibarətdir.
Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 34 nömrəli məktəbin direktoru Rəhman Hacıyev, müəllimlər, valideynlər, KİV nümayəndələri, 80-dən çox ibtidai sinif şagirdi iştirak etdi.
Tədbirdə DYP əməkdaşları uşaqların suallarını cavablandırdı, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırdı. Uşaqlarla mövzu ilə bağlı viktorina keçirildi. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıldı.Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”-in hədiyyələri verildi.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT





























