Zədələnmiş nömrəni dəyişmək üçün avtomobili DYP-yə aparmaq vacibdir? - QANUNLA BELƏDİR - VİDEO

Avtomobillərin dövlət qeydiyyat nişanları yalnız xüsusi hallarda yenisi ilə əvəz olunur və bu prosesin necə aparılması ilə bağlı sürücülər arasında bəzən yanlış təsəvvürlər yaranır. Avtosfer.az xəbər verir ki, əgər avtomobilin nömrə nişanı hər hansı səbəbdən zədələnibsə, rəngi solubsa və ya ümumiyyətlə oxunmaz vəziyyətə düşübsə, sürücü həmin nişanı dəyişdirməlidir.
Bəzi sürücülər hesab edirlər ki, nömrəni dəyişmək üçün avtomobili də Qeydiyyat-İmtahan idarəsinə aparmaq lazımdır. Əslində isə belə bir tələb yoxdur. Proses olduqca sadədir: sürücü yalnız nömrə nişanlarını və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürüb Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmalıdır. Orada zədələnmiş nişanlar təhvil verilir və həmin anda yeni nömrələr təqdim olunur.
Xidmətin rüsumu da qanunla müəyyən olunub. Əgər hər iki nömrə nişanı dəyişdirilirsə, sürücü 30 manat ödəməlidir. Yalnız bir ədəd nömrə dəyişdirilirsə, bu zaman rüsum 15 manat təşkil edir.
Fərid
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












