5 avtomobilin iştirakı ilə ağır yol qəzası: 2 ölü, 3 yaralı – FOTO + VİDEO

Rusiyanın Ekaterinburq əyalətində 5 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “E1” portalına istinadən xəbər verir ki, insident avqustun 4-ü Kirovsk rayonunda qeydə alınıb.
Ekaterinburq üzrə DYPX-nin təbliğat şöbəsinin məlumatına görə, yüksək sürətlə hərəkət edən “KIA Rio” markalı avtomobilin sürücüsü 3 küçə kəsişməsindən eyni zamanda qırmızı işıqdan da keçərək işıqforda dayanan “SsangYong” və “LADA”ya çırpılıb.
Zərbənin gücündən “LADA” digər iki avtomobilə - “Toyota” ilə “Volkswagen” markalı maşınlarla toqquşub.
Nəticədə “LADA” markalı maşının sürücüsü və sərnişini hadisə yerində ölüb, “KIA”nın sürücüsü, sərnişini və “Toyota”nın sürücüsü xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO












