Ağacın iri budağı qırılaraq iki avtomobilin üstünə aşıb - VİDEO

Ağacın iri budağı qırılaraq iki avtomobilin üstünə aşıb. Avtosfer.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nizam rayonu Naxçıvanski küçəsi 21 ünvanında baş verib. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Hadisədən səhər xəbər tutan sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə məlumat veriblər. Səhər saatlarında Yaşıllaşdırma Təsərrüffatı Birliyinin əməkdaşları əraziyə gələrək budağı qırılan və ərazidə aşma təhlükəsi olan ağaclara baxış keçiriblər. Sakinlərin sözlərinə görə, ərazində aşma təhlükəsi olan bir neçə ağac var.
Qeyd edək ki, aşan ağacın budağı kranla qaldırılaraq avtomobillər oradan çıxarılıb. Ağac isə kəsilərək ərazidən daşınıb. Sakinlərin narahatlığı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki, ərazidəki təhlükəli ağacların sayı dəqiqləşdirilərək onlarla bağlı müvafiq işlər görüləcək.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO












