Ağdaşda "BMW" aşdı: 1 ölü, 5 yaralı

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisində qeydə alınıb. "BMW" markalı minik avtomobilinin yol kənarındakı betona çırpılaraq aşması nəticəsində Ağdam rayonundan olan və Mingəçevirdə məskunlaşan şəxslər - 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Yusif oğlu, 1981-ci il təvəllüdlü Əmirov Zaman Rasim oğlu, 1976-cı il təvəllüdlü Quliyev Əmrah Almaz oğlu, 1997-ci il təvəllüdlü Əmrəliyev Seyfəddin Əli oğlu, 1996-cı il təvəllüdlü Əmrəliyev Niyaməddin Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ramin Mehrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 4 yaralı Ağdaş Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan, adı hələlik məlum olmayan bir nəfər isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











