Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib.
Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar.
Qəzaya uğrayan "Lada Priora" markalı avtomobildə olan dörd nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəki rayonunun İnçə kəndi ərazisində qəzaya düşüblər.
***02 noyabr
Şəkidə yol-nəqliyyat hadisəsində həlak olan hərbçi Səbuhi Ağazadə dəfn olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mərhum Sumqayıtda torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə dünən Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO












