AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, 1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.
Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.
Baləkən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta-ağır, stabil olaraq qiymətləndirlir.
Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.
Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












