Azərbaycanda sərxoş sürücü toydan qayıdarkən ağır qəzaya düşdü - Ölən və yaralananlar var (FOTO)

Tovuz rayonun Bozalqanlı kəndində ağır yol qəzası baş verib. Qəza nəticəsində 5 nəfər ağır yaralanıb.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Namazlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes E-Class"markalı avtomobili ilə qəza törədib.
29 yaşlı sürücü idarə etməni itirərək ilk olaraq avtomobli dəmir dirəyə daha sonra ağaca çırpıb və maşını dərəyə aşırıb.
Hadisə nəticəsində sürücü və 4 yaralı, 1997-ci il təvəllüdlü Aslanov Taleh Valeh oğlu, 1996-cı il təvəllüdlü Səmədov Murad Qoşqar oğlu, 1996-cı il təvəllüdlü Əmiraslanov Emil Nofəl oglu, 1996-cı il təvəllüdlü Namazov Səid Səfər oglu Təcili Tibbi Yardım maşınilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Murad Səmədovun vəziyyəti ağır olduğundan onu əməliyyat ediblər .Həkimlərin səyinə baxmayaraq Murad Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, onlar toy məclisindən gəlirmişlər.
Əldə etdiyimiz məlumata görə, sürücülük vəsiqəsi olmayan şəxs özünə aid olmayan avtomobili sərxoş idarə edib.
Faktla baglı araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var













