Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşdı - FOTOLAR

Türkiyənin Düzce bölgəsində ətir daşıyan yük maşını aşıb.
Bu barədə Avtosfer.az "Milliyet" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, azərbaycanəsilli Anar adlı şəxsin idarə etdiyi 07-ZB-253 dövlət nömrə nişanlı yük maşını magistralın Ankara istiqamətindəki Gölyaka ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində dəmir arakəsməyə çırpılaraq aşıb.
Sürücü yüngül xəsarətlər alıb. Sağlamlıq qrupları hadisə yerində sürücüyə tibbi yardım göstəriblər.
Jandarm yük maşınından sızan maddənin təhlükəli ola biləcəyindən şübhələnib və vəziyyəti AFAD-a (Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi) bildirib. Düzceyə gedən AFAD qrupları ölçü cihazları ilə araşdırmadan sonra sızan maddənin zərərli olmadığını müəyyən edib və zəruri tədbirlər görüb.
Qəza səbəbindən magistralın hər iki istiqamətində bir zolaq bağlanıb. Yük maşını kranın köməyi ilə çıxarılıb və daha sonra yolda hərəkət normala qayıdıb.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB















