Azərbaycanlı sahibkar “Mercedes”lə təcili yardım maşınını vurub

Dünən axşam saat 10-da Rusiyanın Sankt-Peterburq şəhərində “Mercedes” markalı avtomobil təcili yardım maşını ilə toqquşub. İki tibb işçisi xəsarət alıb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Mercedes”in sükanı arxasında 25 yaşlı gənc olub. Mənbə bildirir ki, bu gənc yol polisi əməkdaşlarına yaxşı tanışdır. İlham Hacıyev özünün “Mercedes-Benz C250” avtomobili ilə dəfələrlə qaydaları pozub. Azərbaycanda anadan olsa da, Hacıyev Rusiya vətəndaşıdır. Fərdi sahibkardır. Məlumatlara görə, pulunu pərakəndə meyvə-tərəvəz ticarətindən qazanır. Jurnalistlər polis əməkdaşlarının təqdim etdiyi telefon nömrəsi ilə azərbaycanlı sahibkara zəng ediblər. Əvvəlcə o, dəstəyi götürüb və İlham Hacıyev olduğunu deyib, lakin zəng edənlərin qəza ilə bağlı maraqlandıqlarını eşidən kimi bildirib: “Ad və soyadımı düzgün demədiniz. Həmin maşın da mənim deyil. Mən bu barədə sizə hər hansı məlumat verməkdən imtina edirəm”.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











