Bakı-Qazax yolunda iki yük maşını toqquşdu: 3 yaralı

Bakı-Qazax yolunda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yolun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. İki yük avtomobilinin toqquşması nəticəsində onların üzərində olan yüklər yola dağılıb, üç nəfər isə xəsarət alıb. Hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara ilkin tibbi yardım göstəriblər. Onlardan ikisi hadisə yerindən ambulator müalicəyə yola salınıb, bir nəfər isə başından xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatıdırıb. Xəstəxanadan verilən məlumata görə, o, 1948-ci il təvəllüdlü Nəsibov Əziz Veyis oğludur, ona başın yarığı diqanozu qoyulub. Ə.Nəsibova tibbi yardım göstərildikdən bir qədər sonra ambulator müalicəyə göndərilib.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











