Bakı-Quba yolunda toqquşan yük maşınları zəncirvari qəza törətdi; 8 avtomobil… - VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 6-da saat 23:45 radələrində Bakı-Quba yolunun 18-ci kilometrliyində, Sumqayıt istiqamətində qeydə alınıb.
Məlumata görə, “KamAZ” markalı yük maşını, “TIR” markalı avtomobillə toqquşub. Bundan sonra isə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 77-SE-858 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı, “VAZ-2105” markalı, 99-LU-258 dövlət nömrə nişanlı “Khazar” markalı, 99-YC-717 dövlət nömrə nişanlı “TIR” markalı, 10-TS-865 dövlət nömrə nişanlı “Chevrolet” markalı, “BMW” markalı və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












