Bakıda 2 yük avtomobili toqquşdu: sürücünün oğlu ölüb - VİDEO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza "Rahat" marketin qarşısında baş verib. İslamov Soltanəli Güləli oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili il hərəkətdə olarkən qarşıdan gələn, 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Niyaz oğlunun idarə etdiyi "QAZel" markalı yük maşını yol nişanının tələbini pozaraq sola dönmə əməliyyatı etmək istəyib. Bu zaman "KamAZ" "QAZel”ə çırpılıb. Zərbənin təsirindən "KamAZ" digər yük maşınını bir neçə metr irəliyə sürüyüb. Hadisə zamanı "QAZel" sürücüsü X.Məmmədovn oğlu, 23 yaşlı Namiq Məmmədov ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, N.Məmmədov xəstəxanada keçinib.
Hadisənin təfərrüatı araşdırılır.
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO












