Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: 6 yaralı - DYP-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, bu gün saat 07:40 radələrində Ağayev Natiq Şəmil oğlu idarə etdiyi 03-BJ-453 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunda Qazax istiqamətində hərəkətdə olarakən, yolun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən 31-ci kilometrliyində onunla eyni istiqamətdə qarşıda gedən Səlimov Məzahir Səlim oğlunun idarə etdiyi 90-JG-868 dövlət qeydiyyat nişanlı “Hunday” markalı avtobusla toqquşub. Nəticədə avtobusda olan sərnişinlərdən 6 nəfər xəsarət alıb. Yaralıların dərhal tibb müəssisəsinə yerləşdirilməsi təmin olunmuş və onlar ambulator müalicə aldıqdan sonra buraxılıblar.
Hazırda sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
***
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.az-ın məlumatına görə, Sahil qəsəbəsi yaxınlığında mikroavtobus yük maşını ilə toqquşub. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb.
Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











