Bakıda qayda pozan sürücü qəza törədib - FOTO

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Faiq Yusifov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan və xanım sürücünün idarə etdiyi "Nissan" markalı minik avtomobili yol-hərəkəti nişanının tələbini pozaraq yoluna davam edib.
Bu zaman onun avtomobili Təbriz küçəsilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarındakı səkiyə və ağaca çırpılıb.
Qəza zamanı "Nissan"ın sürücüsü 1985-ci il təvəllüdlü Mehdiyeva Lalə Rafiq qızı xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO

















