Bakıda TIR-la minik maşını toqquşub, 2 nəfər ölüb

Bakıda TIR-la minik maşını toqquşub, 2 nəfər ölüb. Hadisə dekabrın 15-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Behbudov Vasif Murad oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobilinin idarəetməsini itirərək İran vətəndaşı, 1985-ci il təvəllüdlü Nazari Çiqlan Cabir oğlunun idarə etdiyi TIR markalı yük avtomobilinin arxasına çırpıb.
Nəticədə sürücü Vasif Behbudov və həmin avtomobilin ön sərnişin oturacağında olan, hələlik şəxsiyyəti müəyyən edilməmiş kişi cinsli sərnişin ölüb, digər 2 nəfər kişi cinsli sərnişinlər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. (Report)
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












