Bakıda yol qəzası nəticəsində benzin yola dağılıb - FOTO - VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
“İsuzu” markalı yük avtomobilinin sürücüsü Dilqəm Əhmədovun verdiyi məlumata görə, o S.Vurğun küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman Zahid Zahidzadənin idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.
Zərbənin gücündən yük maşını “KİA” markalı avtomobilə dəyib. Daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə yük avtomobilinin benzin çəninə zərər dəyib. Benzin yola dağılıb.
Z.Zahidzadə isə onun qırmızı işıqdan keçmədyini bildirib. Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yoldakı yanacaq su ilə yuyulub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hər üç sürücünün izahatını alıb.
Fakta hüquqi qiymət ərazidə olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO

















