Bakı–Quba yolunda ölümlə nəticələnən qəzadan ANBAAN VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda dünən yüksək sürət nəticəsində baş verən yol qəzasının görüntülərini yayıb və sürücülərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, oktybarın 6-da saat 12:45 radələrində Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
Sürücülərin bir daha diqqətinə çatdırılır ki:
- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;
- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;
- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;
- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür", məlumatda deyilir.
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO











