"BakuBus" yük maşınına çırpıldı - VİDEO - YENİLƏNİB

"Ötən gün saat 23:20-də Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi dumanlı hava şəraiti səbəbindən baş verib".
Bu barədə açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib.
O qeyd edib ki, qəzaya düşən 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus olub.
"Hadisə zamanı avtobus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Avtobusda olan iki sərnişindən heç biri xəsarət almayıb. Nəqliyyat vasitəsini idarə edən sürücü Ələkbərov Balağa yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım vasitəsilə Sabunçu Şəhər Xəstəxanasına aparılıb. İlkin tibbi müdaxilədən sonra, sürücü ambulator müalicə üçün evə buraxılıb. Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə Ə.Əliyeva bildirib.(oxu.az)
***09:18
"Baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü yüngül xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb. "BakuBus"a məxsus BMC markalı 99-JU-250 dövlət nömrə nişanlı avtobusla 99-HT-975 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
***
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb. Avtobusa ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












