Balakəndə yol qəzasında motosklet sürcüsü ağır xəsarət alıb

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saat 21 radələrində rayonun Əyri Tala kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Elxan Cəlal oğlu Paxırov idarəetdiyi qoşqulu motoskletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı daş hasara çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Paxırov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, E.Paxırova kəllə-beyn travması və alın sümüklərinin sınığı dioqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












