Balakəndə yol qəzasında üç nəfər yaralanıb

Gecə saat 02:00 radələrində Balakən-Kortala avtomobil yolunda qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Kortala kənd sakini, 1988-ci il təvəllüdlü Xəzər Bəşir oğlu Eminov idarə etdiyi “VAZ” istehsalı olan minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı dirəyə çırpıb. Qəza zamanı X.Eminov, avtomobildə olan onun həmkəndliləri 1991-ci il təvəllüdlü Elnur Mehman oğlu Şıxıyev və 1988-ci il təvəllüdlü Anar Abdulla oğlu Şıvlıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən bildirilib ki, yaralılardan X.Eminovun müalicəsi reanimasiya, E. Şıxıyevin müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. A.Şıvlıyevin xəsarətləri ağır olmadığı üçün həkim nəzarətində saxlanılıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











