Bərdədə iki avtomobil toqquşdu: yaralılar var - FOTO

Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər - Yunis Həmidov, Əliağa Kərimov və Dünya Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdşalrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 13:10
Bərdə rayonunda iki minik avtomobili toqquşub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Opel" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO























