Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü Bakıya göndərilib

iləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri Bakıya göndərilib.
"Report"un Muğan bürosunun məlumatına görə, köməkçi sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlunun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından paytaxtdakı xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, bu gün Bakıdan Naxçıvana gedən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlunun idarə etdiyi "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyatı nişanlı yanacaqla dolu avtomobil yol kənarına aşıb və nəticədə yanğın baş verib. Hadisədə avtomobilin yanar hissələri, eləcə də çəndə olan 38 ton “Aİ-93” markalı benzin yanıb. Y.Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. E.Məmmədov isə əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












