Banner

Gəncədə “Baku Bus” qəza törətdi - FOTOLAR

Qəzalar 31 Oktyabr 2026 14:45
Gəncədə “Baku Bus” qəza törətdi - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

 


Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh