Goranboyda iki "Ford" toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

"Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfəri ambulator müalicə üçün evə buraxılıb".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən ikisinin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Digər beş nəfər evə göndərilib", - deyə açıqlamada bildirilir./oxu.az
***10:18
Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
Avtosfer.az xəbər verir ki, xəsarət alan hər iki sürücülər, Qazel avtomobilində olan Nərimanlı kənd sakini 1982-ci il təvəllüdlü S.Quliyeva, Balakürd kənd 1975-ci il təvəllüdlü Ş. Abdullayeva, Qızılhacılı qəsəbə sakini 1962-ci il təvəllüdlü N Mustafayeva, Nərimanlı kənd sakini 1972-ci il təvəllüdlü Z.Məmmədova, Nərimanlı kənd sakini 1989-cu il təvəllüdkü A.Şirinova Qızılhacılı qəsəbə sakini 1973-cü il Y. Məmmədova və daha bir nəfərdir.
Hadisə bu gün səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunun Rəhimli kəndindən keçən hissəsində baş verib. Veyisli kənd sakini 1986-cı il təvəllüdlü X.Cəfərova idarəetdiyi Ford Fusion minik avtomobili ilə hərəkətdə olan zaman, idarə etməni itirərək Balakürd kənd sakini 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarəetdiyi Qazel markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəymişdir.
Qeyd edək ki, Qazael markalı mikroavtobusda olanların fəhlələr olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
***09:53
Goranboyda yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Goranboy-Borsunlu yolunun rayonun Rəhimli kəndi ərazisində keçən hisəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı mikroavtobusla "Ford" markalı minik avtomobili toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












