Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
Qəzalar
10 İyul 2019 10:22
Oxunub 853

Faktla bağlı araşdırma aparılır
Hacıqabulda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Muğan-Udulu kəndləri arasında baş verib. Belə ki, Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlunu minik avtomobili vurub. Müxtəlif dərəcəl ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













